İtaliya klubunun yeni baş məşqçisi məlum oldu

  • By admin
  • 22 Fevral 2021 22:42
İtaliya A Seriyasında çıxış edən “Kalyari”yə yeni baş məşqçi təyin olunub.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın sükanı arxasına Leonardo Smpliçi gətirilib.

54 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. İtaliyalı baş məşqçi bu vəzifədə fevralın 22-də istefaya göndərilmiş Eusebio di Françeskonu əvəzləyib.

Qeyd edək ki, “Kalyari” 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb.

Gununsesi.info