ABŞ-da 60-cı prezident seçkiləri davam edərkən Tennessi ştatında böyük elektrik paylayıcı zavoda bombalı hücum planlaşdırmaqda ittiham olunan şəxs saxlanılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücumda şübhəli bilinən şəxs kütləvi qırğın silahından istifadə etməkdə və enerji obyektini dağıtmağa cəhddə ittiham olunub.
Bütün ittihamlar üzrə təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyir.
O, 24 yaşlı Skyler Philippindir.
Ədliyyə Nazirliyi Nashville şəhərində elektrik paylama mərkəzinə hücum etməyə hazırlaşan gənci sağçı qruplarla əlaqəsi olduğunu açıqlayıb.
Filippinin hücumu Amerika cəmiyyətinin tamamilə dağılmasını tələb edən “akselerasiya” adlı ifrat ideologiyanı yaymaq üçün planlaşdırdığı iddia edilir.
Orxan Saffari