ABŞ-ın hərbi gəmisi Gürcüstanın ərazi sularına daxil oldu – Bölgədə hərəkətlilik yaşanmaqda

  • By admin
  • 05 Fevral 2021 16:49

ABŞ-ın 6-cı Hərbi Dəniz donanmasına məxsus “Donald Kuk” (USS Donald Cook-DDG-75) hərbi gəmisi Qara dənizdə Gürcüstanın ərazi sularına daxil olub.

 

Gununsesi.org xəbər  verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, hərbi gəmini Batumi limanında Gürcüstan DİN-in Sərhəd Polisinin Sahil Mühafizə Departamentinin kapitanı Ramaz Papidze qarşılayıb.

Məlumatda qeyd olunub ki, səfərin məqsədi ABŞ-la Gürcüstan arasında dənizçilik sahəsində əməkdaşlığı gücləndirməkdir.

Qeyd edək ki, “Donald Kuk” hərbi gəmisi idarəolunan raketlər daşıyır. Destroyerin Gürcüstanın Sahil Mühafizəsi ilə planlaşdırılan təlimləri başa vurduqdan sonra, 6 fevral tarixində Gürcüstanın ərazi sularından ayrılacağı bildirilib.

Gununsesi.org