ABŞ yenə Suriyanı bombaladı - 12 dinc sakin öldü

  • By admin
  • 12 İyun 2018 17:14

ABŞ yenə Suriyanı bombaladı, 12 dinc sakin öldü

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya yenə də Suriyanın Xasəkə şəhərinə hava zərbələri endirib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bombardman nəticəsində 12 dinc sakin öldürülüb.

 Hava zərbələrinin hədəfində Tell əş-Şair kəndindəki evlər olub.

Qeyd edək ki, ötən gün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Xasəkə şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölmüşdü.