Trampın yeni iddialarından sonra Avropa İttifaqı Qrenlandiya ilə bağlı mövqeyini açıqladı

  • By Admin2
  • 08 İyul 2026 14:40

Avropa İttifaqı Danimarkanın Qrenlandiya ilə bağlı mövqeyini dəstəkləyir, adanın gələcəyinə sakinləri qərar verməlidir”.

Gununsesi.info xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, bunu Avropa Komissiyasının sözçüsü Olof Gill ABŞ prezidenti Donald Trampın son iddialarını şərh edərkən bildirib .

O xatırladıb ki, Qrenlandiya Danimarka daxilində muxtar bir bölgədir və onun gələcəyi ilə bağlı qərarı Qrenlandiyalılar və Danimarkalılar verməlidir.

Gill bildirib ki, “Ərazi bütövlüyü, milli suverenlik və sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn fundamental prinsipləridir. Onlar təkcə Avropa İttifaqı üçün deyil, həm də dünya ölkələri üçün həyati əhəmiyyət kəsb edir”.

O, Avropa İttifaqının Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəy olduğunu əmin etdi.

Maqsud

Gununsesi.info