Kemerovo bölgəsinin hakimiyyət orqanları Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Omsk bölgəsinə hücumundan sonra sığınacaqlar hazırlamağa başlayıb.
Gununsesi.info bu barədə Kuzbass qubernatoru İlya Seredyuk özünün VKontakte səhifəsində məlumat verib.
O, Omsk vilayət hökuməti ilə əlaqə saxladığını və aldığı məlumata əsasən Kemerovo bölgəsinin hüquq-mühafizə orqanları ilə görüş keçirdiyini bildirib.
“Mən qonşularımızın və ölkənin digər bölgələrinin təcrübəsindən maksimum dərəcədə istifadə etməyi qarşıma məqsəd qoymuşam”, – deyə Seredyuk vurğulayıb.
Maqsud












