Ağdaşda 34 yaşlı şəxs siçan dərmanı içdi

Ağdaşda 34 yaşlı şəxs kəsəyən dərmanı içərək canına qəsd etməyə çalışıb. 

Gununsesi.info xəbər verir ki, hadisə Yenicə kəndində baş verib. 1991-ci il təvəllüdlü rayon sakini Cıkqayev Ruslan Qabil oğlu hələ ki bilinməyən səbəbdən kəsəyən dərmanı içib. Zəhərlənən şəxs ağır durumda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info