Ağstafa sakini kimyəvi maddədən zəhərlənib

  • By admin
  • 05 Oktyabr 2017 22:00

tecili_yardim_041
Ağstafada zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Kəsəmən kənd sakini 1983-cü il təvəllüdlü Famil Həsənov kimyəvi maddə ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. F. Həsənovun hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info