![](https://www.gununsesi.info/wp-content/uploads/2016/06/polsa-250x164.jpg)
Avro-2016”da 1/4 finalın oyunları davam edir. Gununsesi.info-nun məlumatına görə, bu gün daha bir yarımfinalçının adı məlum olacaq.
Turnirin favoritlərindən hesab olunan, Almaniya və İtaliya milliləri üz-üzə gələcək. Erkən final adlandırılan görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu oyunda qalib gələn komanda yarımfinalda Fransa – İslandiya cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, artıq ilk yarımfinalçılar bəllidir. Final uğrunda Uels və Portulqaliya milliləri mübarizə aparacaq.
Avropa çempionatı
1/4 final
2 iyul
23:00. Almaniya – İtaliya
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Qyorqi Rinq, Ventsel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
3 iyul
23:00. Fransa – İslandiya
Gununsesi.info