Anar Bağırov Aslan İsmayılovun saldığı bağda olub - FOTOLAR

  • By admin
  • 14 May 2023 09:12

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov tanınmış vəkil Aslan İsmayılovun Bayılda saldığı parkı ziyarət edib.

Gununsesi.info-nun xəbərinə görə, kollegiya sədri öz təəssüratlarının sosial şəbəkə hesabında yazıb.

Həmin qeydləri təqdim edirik:

“Bu gün oğlumla birgə hörmətli vəkilimiz Aslan İsmayılovun Bayıl yamacında saldığı möhtəşəm parkı ziyarət etdim.

Düzünü desəm görülən işin miqyasını bu dərəcədə nəhəng olduğunu bilmirdim. Şəkillərdə, videoda, yolda hərəkət edərkən baxdıqda parkın bu qədər möhtəşəm və böyük olduğunu təsəvvür etmək mümkün deyil. Gördüyüm mənzərə məni heyrətləndirdi. Çox sərt olan bir ərazidə, tikinti tullantıları və münbit olmayan hektarlarla torpaqda minlərlə xan çinarlarının, müxtəlif gül kollarının və bitkilərin bu cür səliqə ilə, sıra ilə əkilib böyüdülməsi, vaxtında ağıllı damcılı sistemlə suvarılması və bitkilərə düzgün aqrotexniki qulluğun göstərilməsinin bir nəfər tərəfindən və heç bir dövlət dəstəyi olmadan, şəxsi maraq güdmədən, yalnız və yalnız ictimai maraqlar naminə təşkil olunması həqiqətən də bir möcüzədir. Bəzən sosial şəbəkədə müxtəlif xarici ölkələrdə öz təşəbbüsləri və imkanları hesabına səhralıq əraziləri meşəyə çevirən insanları paylaşırlar, onları məhşurlaşdırırlar. Tam səmimi deyirəm, vəkilimizlə fəxr etdim və qürur duyuram ki, ölkəmizdə bu cür fədakar insanlar, vətəndaşlar var.

Aslan Ismayilov, çox böyük iş görmüsüz, Sizə halal olsun!”

 

Gununsesi.info