Anar Kərimovun yeni kadrı həbs edildi

  • By admin
  • 04 İyun 2022 20:30

Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən növbəti anti-korrupsiya əməliyyatı keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, bu dəfəki əməliyyatda Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin müdiri Azər Rəcəbov saxlanılıb.

Azər Rəcəbov korrupsiya əməllərində şübhəli bilinir.

Onunla yanaşı daha bir neçə vəzifəli şəxsin də saxlanıldığı bildirilir.

Qeyd edək.ki, Azər Rəcəbov mədəniyyət nazirinin yeni kadrlarından hesab olunur.

Gülnar Məmmədli

Gununsesi.info