Aqil Abbas parlamentdə sürücülərin müdafiəsinə qalxdı

  • By admin
  • 30 Sentyabr 2016 17:04
aqil_abbas_esas
Müəllimlərə yaş senzi tətəbiq ediləndə heç həmkarlarımız sürücülərin qayğısına qaldığı kimi yanaşmadılar və prosesi sakitcə izlədilər.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Aqil Abbas  “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu gün bəzi həmkarlarımın sürücülərin yaş senzi ilə bağlı  bu hərəkətlərini qəbul edə bilmirəm: “Nədənsə bu mövqeyi o zaman sərgiləmədilrə və hesab etdilər ki, 65 yaşı tamam olan müəllim pensiyaya getməlidir. Hansı ki, müəllimlərə yaş senzi tətbiq edildikdən sonra bəzi məktəblərdə müəllim çatışmazlığında idman müəlimi riyaziyyat fənnindən dərs deyir. Budur  gələcək nəslə qayğı? Niyə o zaman susdular. Hesab edirəm ki,  sürücülərə də yaş senzinin tətəbiqi düzgündür. Və burada elə bir ciddi problem yoxdur. Dəyişıkliklər qəbul edilməlidir”.
Gununsesi.info