Avropa Liqası: Bu gün mövsümün qalibi məlum olacaq

  • By admin
  • 31 May 2023 09:21

Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşəcək.

Gununsesi.info xəbər verir ki, həlledici matçda İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” klubları üz-üzə gələcəklər.

Görüş Macarıstanın paytaxtı “Puşkaş Arena”da baş tutacaq və Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci finalı olacaq. İspanlar 6 finalın hər birində qalib gəliblər və bu göstəricidə rekordçudurlar. “Roma” isə heç vaxt bu kuboku əldə etməyi bacarmayıb.

UEFA Avropa Liqası

31 may

23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Budapeşt, “Puşkaş Arena”

Gununsesi.info