“Azərbaycanda elektron dələduzluq hər 100 dollara 3 sent civarındadır” - VİSA

  • By admin
  • 06 Dekabr 2016 11:45

 visa_inc-_logo-svg_

Azərbaycanda elektron dələduzluğun səviyyəsi çox aşağı səviyyədədir.  

Gununsesi.info-nun xəbərinə görə, bu haqda “VİSA İnternational” təşkilatının MDB regionu üzrə baş risk meneceri Larisa Makarova deyib.

Onun sözlərinə görə,  regionda olan digər ölkələrlə müqayisədə Azərbaycanda bank kartlarının təhlükəsizliyi daha yüksək səviyyədə təmin edilir: “Azərbaycanda elektron dələduzluq hər 100 dollara 3 sent civarındadır ki, bu da region ölkələrinə nisbətən minimum səviyyədədir”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info