Azərbaycanda qar yağacaq - HAVA PROQNOZU

Milli Hidrometeorologiya Xidməti istirahət günlərində gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 20-22° isti olacaq.

Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 12-16°, gündüz 19-23 ° isti , dağlarda 1-6 ° isti, gündüz 6-9° isti olacaq.

Gununsesi.info