Azərbaycanda yeni futbol klubu yaradıldı

  • By admin
  • 23 İyul 2017 10:25

567d82bcf7484a946db9991b97ae3fb6

Azərbaycanda yeni futbol klubu yaradılıb.

APA-nın verdiyi məlumata görə, yeni yaradılan “Masallı” klubuna “Xəzər-Lənkəran”-ın bir neçə oyunçusu da cəlb edilib.

Yeni klub ölkə çempionatında iştirak etmək niyyətindədir. Klubun mətbuat xidmətinin rəhbəri Mirələm Həşimov APA-ya bildirib ki, “Masallı” klubu ölkənin cənubunu təmsil edəcək. Ötən gün klubun təqdimatı olub və bir neçə iş adamı kluba sponsorluq edəcəyini bildirib.

Komanda müvəqqəti olaraq Ərkivan qəsəbəsindəki stadionda məşq edir.

Gununsesi.info