Azərbaycanda yeni şəxsiyyət vəsiqəsində hər bir vətəndaş elektron imza ilə təmin olunacaq

  • By admin
  • 30 Noyabr 2016 19:13

2e8bfcf8-7c11-4ba5-8f4d-bf2ba5cb7097_292

 

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsində hər bir vətəndaş elektron imza ilə təmin ediləcək.

Gununsesi.info xəbər verir ki, bununla bağlı “Elektron hökümət” portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin (Açıq Açar İnfrastrukturunun) operatoru olan Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və “Microsoft”un Azərbaycan nümyəndəliyinin rəhbəri Sərxan Həşimov arasında “Bakutel-2016” sərgisi çərçivəsində müqavilə imzalanıb.

Sənəd “Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi üçün Açıq Açar infrastrukturunun (PKİ) qurulması” layihəsi çərçivəsində xidmətlərin alınmasını özündə ehtiva edir.

 

Gununsesi.info