Azərbaycanlı futbolçu üçün erməni baş məşqçi

  • By admin
  • 14 Dekabr 2019 21:15

Azərbaycan millisinin futbolçusu Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Tobol” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Gununsesi.org klub saytına istinadən xəbər verir ki, Kostanay təmsilçisini erməni Qriqori Babayan çalışdıracaq.Onunla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Babayan bundan əvvəl “Astana”da “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun köməkçisi işləyib.

 

 

Gununsesi.org