Azəri Günel özünə yeni sevgili tapdı - VİDEO

  • By admin
  • 13 Mart 2018 15:12
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova ilə həmkarı Orhan Ölmez sevgilidir.
Gununsesi.info “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Bəyaz TV-də yayımlanan “Söylemezsem Olmaz” proqramında məlumat verilib. Proqramın aparıcılarından Bircan İpek cütlüyün bir müddətdir ki, eşq yaşadığını bildirib.
Xatırladaq ki, Günel münasibətləri ilə tez-tez gündəmə gəlib. Belə ki, o, hazırda həbsdə olan tanınmış iş adamı Rza Zərrabla, daha sonra İnanc Başəyməz adlı şəxslə nişanlanıb. Günel üçüncü sevgilisi Cem Ozandan isə ötən ilin noyabr ayında ayrılıb.

Gununsesi.info