
Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatında ilk 1/4 finalçılar müəyyənləşib.
Gununsesi.info Teleqraf.com – a istinadən xəbər verir ki, bu, 1/8 final mərhələsinin cavab görüşlərindən sonra məlum olub.
Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Rauf Məmmədov və Teymur Rəcəbov adını növbəti mərhələyə yazdırıb. Onların rəqibləri 1/8 final mərhələsinin daha 4 cütü üzrə fevralın 6-da keçiriləcək tay-breyk görüşlərindən sonra bilinəcək.
Qadınların yarışında isə 1/4 final cütlərindən 2-si məlum olub. Növbəti mərhələdə Gülnar Məmmədova Xanım Balacayeva ilə, Ülviyyə Fətəliyeva Zeynəb Məmmədyarova ilə üz-üzə gələcək. 1/8 final mərhələsini adlayan Səbinə İbrahimova və Gövhər Beydullayevanın rəqibləri isə sabahkı tay-breyk qarşılaşmalarından sonra məlum olacaq.
Reqlamentə əsasən, turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydə alına biləcək bərabərlik halında tay-breyklərdən ibarət olacaq. Bütün görüşlər saat 15:00-da start götürəcək.
Azərbaycan çempionatı, 1/8 final
Cavab görüşləri
Kişilər
Fərid Abbasov (2487) – Şəhriyar Məmmədyarov (2732) – 0:1 (0:1)
Məhəmməd Muradlı (2588) – Nicat Məmmədov (2582) – 0:1 (1:0)
Misrətdin İskəndərov (2515) – Nicat Abasov (2616) – 0,5:0,5 (0,5:0,5)
Aydın Süleymanlı (2623) – Read Səmədov (2501) – 0,5:0,5 (1:0)
Vüqar Rəsulov (2500) – Rauf Məmmədov (2656) – 0:1 (0,5:0,5)
Vasif Durarbəyli (2614) – Əhməd Əhmədzadə (2543) – 0,5:0,5 (0,5:0,5)
Vüqar Əsədli (2551) – Eltac Səfərli (2609) – 0,5:0,5 (0,5:0,5)
Teymur Rəcəbov (2698) – Namiq Quliyev (2487) – 0,5:0,5 (1:0)
Qadınlar
Günay Məmmədzadə (2412) – Lalə Hüseynova (1972) – 0:1 (1:0)
Səbinə İbrahimova (2177) – Nərmin Abdinova (2186) – 1:0 (0,5:0,5)
Gülnar Məmmədova (2333) – Mələk İsmayıl (2122) – 1:0 (1:0)
Ləman Hacıyeva (2079) – Xanım Balacayeva (2355) – 0:1 (0:1)
Ülviyyə Fətəliyeva (2381) – Məryəm Ağaverdiyeva (2031) – 1:0 (1:0)
Zeynəb Məmmədyarova (2145) – Ayan Allahverdiyeva (2284) – 1:0 (1:0)
Türkan Məmmədyarova (2197) – Nərmin Kazımova (2167) – 1:0 (0:1)
Səbinə Rzalı (2027) – Gövhər Beydullayeva (2404) – 0:1 (0:1)
Qeyd edək ki, kişilərin yarışının mükafat fondu 60 min manat, qadınlarda isə 30 min manat təşkil edir. Çempionata 15 fevralda yekun vurulacaq.