Bakı-İstanbul reysinə alınan biletlər qaytarılır

  • By admin
  • 30 İyun 2016 16:58

turkiye

 

Atatürk Hava Limanında baş vermiş terrort aktı ilə əlaqədar artıq bu gün “Azərnaycan Hava Yolları” (AZAL) QSC-nin Bakı-İstanbul reysinə alınan aviabiletlərin sərnişinlər tərəfindən qaytarılması hallarına rast gəlinib. Gununsesi.info xəbər verir ki, AZAL rəsmiləri xəbəri təsdiqləyib: “Hazırda bu istiqamət üzrə avibiletləri qaytaranlar var. “Türkiyəyə “AZALJET” və digər reyslərə alınan biletlərdə qaytarılma halları müşahidə olunur. Lakin bu, kütləvi xarakter daşımır”.

AZAL rəsmiləri bildirib ki, Aviaşirkət tərəfindən qəbul olunan qərara əsasən, “Azərbaycan Hava Yolları”nın Türkiyə istiqamətində iyunun 28-dən iyulun 5-dək olan uçuşlara İstanbul hadisəsindən öncə bilet əldə edən sərnişinlərin istəkləri əsasında həmin aviabiletlər iyulun 15-nə kimi başqa tarixlərə pulsuz dəyişdirilə və ya cəriməsiz qaytarıla bilər: “Bu səbəbdən bilet qaytaranların dəqiq sayını hələ açıqlamaq tezdir”.

Qeyd edək ki, göstərilən tarixdən sonra biletlərin qaytarılmasında güzəşt tətbiq olunmayacaq və bu proses əvvəlki qaydada aparılacaq. Şirkətdən bildirilib ki, Türkiyə istiqamətində olan uçuşlar əvvəlcədən təsdiq edilən uçuş cədvəlinə uyğun olaraq davam etdirilir.

 

Gununsesi.info