
Bakıda yanğın hadisəsi baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info









