Dəm qazı daha bir can aldı - "Azəriqaz"ın məsuliyyətsizliyinə "dur" deyən olacaqmı?

  • Müəllif: admin
  • 09 Yanvar 2017 10:01

qaz

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.

Nizami rayon Polis İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, hadisə rayonun Bəhruz Nuroyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb. Orada yaşayanlar – 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info