Bakıda qeyri-adi oğurluq - FOTO

  • By admin
  • 15 Avqust 2017 08:20

572726

Əvvəlcə velosipedini səliqəli şəkildə park edir, daha sonra pəncərədən evə daxil olaraq oğruluq edir. Cinayətkar əməlini velosipeddən sağlam həyat üçün istifadə edən nümunəvi vətəndaş maskası altında həyata keçirir.

Oğru peşəkarcasına işini gördüyü an onun bütün cəhdləri özündən xəbərsiz təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınır.

Gununsesi.info Milli.Az-a istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu NZS qəsəbəsi Yavər Səfərov küçəsi 1 ünvanında baş verib. Pəncərədən evə daxil olaraq pul, dəyərli əşyalar ələ keçirən cinayətkar qalan ev əşyalarını isə sındıraraq aradan çıxıb.

Gununsesi.info