
Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi növbəti hərracda 5 kiçik dövlət müəssisə və obyekti, 2 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib.Gununsesi.info-
özəlləşdirilmiş 2 kiçik müəssisə və 2 istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtda, yerdə qalan 3 kiçik müəssisə və obyekt isə Şirvan, Sabirabad və Saatlıda yerləşir. Hərracda ən yüksək qiymətə satılan daşınmaz əmlak paytaxtın Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Bu əmlak 180 min manata özəlləşdirilib.
Qaraçuxur qəsəbəsində yerləşən 74 min 800 manata özəlləşdirilən “Vüqar” Şadlıq Evi isə hərracda yüksək qiymətə satılmış növbəti əmlak olub.
Komitə növbəti hərracı 13 dekabrda keçirəcək. Hərraca çıxarılan 101 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 43-ü kiçik dövlət müəssisə və obyekti, 19-u istifadəsiz qeyri-yaşayış sahəsi və 16-sı nəqliyyat vasitəsidir.
Gülnaz Qənbərli
Gununsesi.info











