Bakının rayonlarının ləğvi TƏKLİF OLUNDU

  • By admin
  • 15 Fevral 2022 14:19

“Bu, 30 il gecikmiş dəyişiklikdir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Gəncə şəhərinin rayonlarının ləgvi haqqında təkliflərə münasibət bildirən deputat Fazil Mustafa deyib. O qeyd edib ki, eyni dəyişiklik Bakının rayonları ilə bağlı da həyata keçirilməlidir:

“Bütün respublika ilə bərabər bunu etmək lazımdır. Məsələn, Sumqayıtda şəhər icra hakimiyyəti, bələdiyyələr və qəsəbələr var. Onları şəhərə qatmaq lazımdır.

İdarəetməni nə qədər tez sadələşdirsək, əhali üçün o qədər yaxşı olar. İqtisadi əsaslar üzərində rayonların idarə olunması daha faydalı olardı. Kiçik rayonlar sistemindən çıxmalıyıq”.

Gununsesi.info