“Barselona” xal itirdi

  • By admin
  • 14 Dekabr 2019 22:02

İspaniya La Liqasında hesabat turunun oyunları keçirilir.

Gununsesi.org xəbər verir ki, son çempion “Barselona” da növbəti matçına çıxıb. Kataloniya təmsilçisi doğma azarkeşləri önündə “Real Sosyedad”la qarşılaşıb və oyun 2:2 hesabı ilə başa çatıb.

“Real Sosyedad” – “Barselona” – 2:2
Qollar: Oyarzabal, 12-pen (1:0), Qrizmann, 38 (1:1), Suares, 48 (1:2), İsak, 62 (2:2)

Bu nəticədən sonra Ernesto Valverdenin komandası 35 xalla 1-ci pillədə qərarlaşıb. “Real” 34 xalla (15 oyun)  2-ci, “Sevilya” 31 xalla (16 oyun) 3-cüdür.

 

Gununsesi.org