Bəlkə də çoxumuzun heç dadına baxmadığımız bildirçin yumurtası 1001 dərdin dərmanıdır.
Yaponiyada atom bombası atılan zaman gün ərzində hansı uşaq 2-3 ədəd bildirçin yumurtası yemişdirsə atom bombasının zərərlərini daha az görmüş və yaşıdlarından əqli inkişafına görə daha da çox inkişaf etmişdir.
Bildirçin yumurtası toyuq yumurtasından 5 dəfə artıq fosfor, 8 dəfə dəmir, 9 dəfə zülal, B1 vitamini 15 dəfə artıq tərkibə malikdir Bildirçin yumurtası iştahı yaxşılaşdırır, vitaminsizlikdə mineral çatışmazlığında faydalıdır, immunteti qüvvətləndirir, xərçəng önləyici təsiri vardır, çünki tərkibində likopen adında antioksidant vardır, gec danışan zəif uşaqlar, göz görməsindən əziyyət çəkən uşaqlar, tez-tez xəstələnən uşaqlar üçün əvəzolumaz bir qidadır. Allergiyadan əziyyət çəkən uşaqlar üçün də çox faydalıdır.
Qabıqlarını da istifadə edin, beləki qabıqlar azca qaynadılır, sonra üyüdülür, uşaqların yeməklərinə qarışdırılır, kalsium çatışmazlığını aradan qaldırır. İstifadə qaydası. uşaqlar gündə bir dəfə 1 ədəd yumurtanı az suda qaynadılmış halda yeyə bilərlər və ya yumurta sındırılır, ağı sarısından ayrılır, ağı bişirilib yeyilir, sarısı isə südə qarışdırılaraq içilir.
Bidirçin yumurtası cinsi istəyi artırır, uşaqların zəkasını inkişaf etdirir. Yumurtanı sındırın, ağı ilə sarısını bir-birinə qarışdırın, saçlarınıza yaxın, yuyunmazdan yarım saat əvvəl şampun vurmadan yuyunun. Saçları həm yumşaq, həm də parlaq edir, kəpəklənməni götürür.
Bildirçin əti ürəyin, qaraciyərin, ağciyərin, böyrəyin, mədənin müalicəsində böyük əhəmiyyətə malikdir.
Müqəddəs kitabımız Quranda 3 yerdə Bildirçin adı keçir.
Əl-Bəqərə, 57-ci ayə : “(Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.”
Əraf 160-cı ayə : “Biz onları (İsrail oğullarını) on iki qəbiləyə – ümmətə böldük. Camaatı (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: “Əsanı daşa vur!” – deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) Bizə deyil, ancaq özlərinə zülm edirdilər!”
Ta Ha, 80-cı ayə : “Ey israil oğulları! Sizi düşməninizdən (Fironun əlindən) xilas etdik. (Tövratın nazil olması üçün) sizə Tur dağının sağ tərəfini vəd buyurduq. Sizə (göydən) qüdrət halvası və bildirçin endirdik!”
Bildirçin yumurtası 1001 dərdin dərmanıdır
- By admin
- 02 İyul 2016 13:20
DİGƏR XƏBƏRLƏR
-
21 Aprel 2024 11:09
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar
-
20 Aprel 2024 20:41
BSM-dən açıqlama
-
20 Aprel 2024 16:41
Pasiyent böhtan atır: BSM-dən açıqlama
-
19 Aprel 2024 21:45
ÜST ölkələrə çağırış edib
-
19 Aprel 2024 21:42
Yaz mövsümündə düzgün qidalanma
-
19 Aprel 2024 14:31
ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır
-
18 Aprel 2024 23:00
Gənc həkimə böyük etimad
-
18 Aprel 2024 22:03
ÜST: Martda 25 mindən çox insan vəbaya yoluxub
-
18 Aprel 2024 19:36
Respublika Pediatriya Mərkəzi yaradılıb
-
17 Aprel 2024 19:38
Rusiyadan Azərbaycana gətirilən məhsulda bakteriya aşkarlanıb
-
17 Aprel 2024 19:20
Tibb müəssisələrində yenilik
-
17 Aprel 2024 15:50
Nazirlik qan duruldan dərmanlarla bağlı əhaliyə xəbərdarlıq edib