Görünən odur ki, İranda baş verən əməliyyatların miqyası böyüyür.
Ancaq maraqlıdır, bütün bunların sonu necə ola bilər?
BMT, Oman və digər ölkələr atəşkəs təşəbbüsləri irəli sürürlər.
Atəşkəs razılığı əldə olunacaq, yoxsa bu dəfə İran rejimi tamamilə devrilməmiş İsrail və İran dayanmayacaq?
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb.
O bildirib ki, İranda baş verən hadisələr qlobal güclərin uzunmüddətli haqq-hesab çəkməsi anlamına gəlməlidir:
“ABŞ-nin İsrail ilə birgə İrana hücum etməsi və uzunmüddətli eskalasiya, söz, hibrit müharibəsinin artıq isti fazaya keçməsidir. Hal-hazırda cərəyan edən hadisələr məsələnin necə və nə cür sonluqla bitəcəyinə dair aydınlıq gətirmir. İran indi toparlanmağa çalışır. Çünki artıq böyük hərbi və siyasi elita ABŞ və İsrail tərəfindən aradan götürülüb. Xamaneinin öldürülməsi ölkədə çaşqınlıq yaratsa da, qısa vaxt ərzində sistem hərbi rəhbərliyin formalaşdırılmasını başa çatdıra bilib. Hazırda İran da qeyri gücləri oyuna cəlb etmək üçün Birləşmiş Ştatların körfəzdəki hərbi bazalarına raket zərbələri endirir, təyyarələrdən hücumlar edir. İsrail və Birləşmiş Ştatlar isə yenidən hücumların olacağını bildirir. Bir sözlə, bölgədə vəziyyət olduqca gərgindir, böyük müharibə riski də var və bu risk hər gün bir az da böyüyür”.
Deputat eyni zamanda deyib:
“Proksilər də artıq Livan tərəfdən İsrailə hücumlar olacağını bildirir. Bu da arealın genişləndirilməsinə işarədir. Təbii olaraq, bu gərgin vəziyyətdə böyük müharibə olmaması üçün BMT-nin bəyənatları var, bir neçəö ölkə tərəfləri atəşkəsə çağırır, lakin ABŞ Prezindeti Donald Trumpın öz planları olduğu bildirir. İsrail isə İranla bağlı məsələnin bitməyində israrlıdır. Konkret desək, gün keçdikcə, bu müharibənin nə ilə bitəcəyi aydın olacaq.
Orxan












