Rejissor Emil Abdullayev “Bozbash pictures” komandası ilə yollarını ayırıb.
Gununsesi.info axşam.az-a istinadən məlumatına görə, rejissor bildirib ki, bundan sonra həm serial sahəsində özünü sınayacaq, həm dəbaşqa filmlər çəkəcək.
Aktyor İlkin Həsəni əməkdaşımızla söhbətində məsələyə münasibət bildirib. İlkin deyib ki, yeni rejissorla işbirliyinə başlamağı planlaşdırırlar:
“Ay Brilliant” filmimizdə rejissor Kənan M.M.lə, “Axırıncı yol” və “Stalinin başı”nda Emillə çalışdıq. İşbirliyi quranda kiminləsə ömürlük müqavilə bağlamırsan ki… İnsanların seçimləri azaddır. Növbəti filmimizi başqa bir rejissorla çəkmək, fərqlilik etmək istədik”.
İ.Həsəni işbirliyinin bitməsinin onların dostluğuna təsir etmədiyini söyləyib:
“Emil mənim kiçik qardaşım, dostumdur. İstəyirik stilimizi dəyişək. Ona görə də başqa rejissorla çalışmalıyıq”.
Aktyor avqustdan yeni filmlərinin çəkilişlərinə start verəcəklərini bildirib: