Bu ağrıkəsici sperma yaranmasının qarşısını ala bilər - KİŞİLƏRƏ XƏBƏRDARLIQ

  • By admin
  • 09 Yanvar 2018 21:30

“The Telegraph” yazır ki, yeni araşdırma ən effektli ağrıkəsicilərdən biri sayılan ibuprofen preparatının bir gündə 6 həbinin qəbul edilməsinin kişilərin sağlamlığı üçün ciddi təhlükə yarada biləcəyi nəticəsinə gəlib.

Təcrübə zamanı bəlli olub ki, bu ağrıkəsicinin gün ərzində 600 milliqramının qəbul edilməsi kişilərin nəsilartırma qabiliyyətinə, seksual həvəsinə və fertilliyinə təhlükəli dərəcədə mənfi təsiri ola bilər.

Təcrübə zamanı 18-35 yaşları arasında olan sağlam kişilərə 6 həftə ərzində günə 600 mq ibuprofen verilib. Alimlər bu altı həftə ərzində həm də bu kişilərin xaya hüceyrələrindəki dəyişiklikləri laboratoriyada müayinə edirdilər.

Artıq ikinci həftədə təcrübədə iştirak edən kişilərdə hipoqonadizm deyilən cinsi hormonal pozuntular qeydə alınıb. Kişilərdə cinsi hormonlar testosteronun istehsalına bilavasitə məsuliyyət daşıyır.

İbuprofenin verilməsi dayandırılan kimi, bu hormonal disfunksiya da aradan qalxıb.

Hipoqonadizmin təhlükəsi bundadır ki, bu pozuntu zamanı yetkin kişilərdə fertillik, daha doğrusu spermlərin istehsalı yavaşıyır və sonsuzluq riski yaranır. Hipoqonadizm bədən tük örtüyünün seyrəlməsi və əzələlərin boşalması ilə müşayiət olunur.

Lakin Newcastle Universitetindən professor Richard Quinton deyir ki, məhz belə təsirlərinə görə ağrıkəsicilərdən yalnız qısa müddətlərdə müvəqqəti istifadə oluna bilər. Onun dediyinə görə, ağrıkəsicilərdən mütəmadi istifadə təkcə cinsiyyətə deyil, ümumiyyətlə bütövlükdə sağlamlığa mənfi təsir göstərir. Alimin fikrincə, buna görə də qısa müddətdə Ibuprofen ağrını kəsən ən effektli dərmanlardan biri olaraq qalır.

Təlimata görə, İbuprofen arasındakı vaxt 4-6 saatdan az olmayaraq, gündə yalnız iki həb miqdarında qəbul oluna bilər.

Gununsesi.info