
Son zamanlar adı keçmiş sevgilisi Cennifer Enistonla hallanan aktyor Bred Pittdən yeni xəbər var.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı aktyor Cenniferlə barışması yalan məlumatdır.
Belə ki, Bred 42 dizayner-rəssam Neri Oksmanla görüşür.
Cütlüyün bir proyekt diyaznı zamanı tanış olduqları bildirilir. Pittə yaxın mənbə onların tez-tez görüşdüklərini və birlikdə yaxşı vaxt keçirdiklərini bildirib.
Qeyd edək ki, 2016-cı ildə ayrıldıqlarını elan edən Hollivud ulduzları Ancelina Coli ilə Bred Pitt hələ də rəsmi şəkildə boşanmayıblar. Onlar 6 uşaqlarına görə vaxtaşırı görüşürlər.
Gununsesi.info











