“Bu il 114 nəfəri ilan sancıb” - BAŞ TOKSIKOLOQ

  • By admin
  • 07 Dekabr 2016 12:30

ilan

“Azərbaycanda bu il sirkə turşusundan zəhərlənmə nəticəsində 8 nəfər ölüb. Onlar xəstəxanaya çox ağır vəziyyətdə gətirildiyindən həyatlarını xilas etmək mümkün olmayıb”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda  baş toksikoloq, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, sirkə turşusundan zəhərlənmə ilə bağlı şöbəyə hər ay 5-7 müraciət daxil olur: “İntihar məqsədilə sirkə turşusu və dərman preparatları ilə zəhərlənmə ümumi toksikoloji müraciətlərin 3%-ni təşkil edir. Bu rəqəm bütün illər ərzində 3-4% olub. Sirkə turşusundan zəhərlənmə ən çox ailə-məişət münaqişə zəminində baş verir”.

Baş toksikoloq əlavə edib ki, ümumilikdə şöbəyə il ərzində müraciət edən 68 uşaqdan 42-si dərmandan, qalanları isə dəm qazından zəhərlənib: “Bundan başqa, yay mövsümündə zəhərli göbələkdən zəhərlənmə ilə bağlı 26 xəstə müraciət edib və onların hamısı sağalıb. Ölüm faktı isə olmayıb. İlan sacnması ilə əlaqədar isə 114 xəstə müraciət edib”.

Gülnaz Qənbərli

Gununsesi.info