Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edildi

  • Müəllif: Firuzə
  • 10 Sentyabr 2025 10:40

ADY sərnişin tələbatını təmin etmək məqsədilə 13 sentyabrda Bakı-Ağstafa, 14 sentyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, hərəkət cədvəli və biletlərlə bağlı məlumatı rəsmi sayt (www.ady.az), “ADY Mobile” tətbiqi, dəmiryol kassaları, eləcə də 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

 

Gununsesi.info