“Çalıçacağıq ki, səfərdən başıyuxarı dönək” - QURBAN QURBANOV

  • Müəllif: admin
  • 16 Avqust 2017 09:13
59934cd4a0921_qurbanov_1502824618
“Bu gün futbolçularımız və azarkeşlərimiz alqışa layiq idilər. Tam nəticəyə oynayan komanda və yaxşı azarkeşlərimiz var idi”
Gununsesi.info xəbər verir ki, bunu “Kopenhagen”lə keçirilən oyundan sonra mətbuat konfransında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
“Oyundan öncə də bildirmişdim ki, “Kopenhagen”ə qarşı oynamaq çətin olacaq və belə də oldu. Bir neçə şansımız olsa da, istifdə edə bilmədik. Düşünürəm ki, bu qələbə son nəticə deyil. Çünki “Kopenhagen” öz meydanında mükəmməl futbol oynayır. Bizi çətin 90 dəqiqə gözləyir. Çalıçacağıq ki, səfərdən başıyuxarı dönək”.
Qeyd edək ki, təmsilçimiz “Qarabağ” komandası Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirdiyi görüşdə “Kopenhagen”ə 1:0 hesabı ilə qalib gəlib.

Gununsesi.info