Ceyhun Bayramov və Çavuşoğlunun telefon danışığı olub

  • By admin
  • 16 Fevral 2022 16:23

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov ilə Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.

Gununsesi.info Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov həmkarının COVİD-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.

Nazir Ceyhun Bayramov, həmçinin qısa müddətdə nazir Mevlüt Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.

 

 

Gununsesi.info