Dolların “qara bazar”da açıq reklamı başladı
Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı alim Əkrəm Həsənov öz “Facebook ” səhifəsində yazıb.
Ə.Həsənov yazıb ki, indicə 9944 nömrəsindən şəkildəki sms-i almışam: “Orada deyilir ki, bazarda dolların alış qiyməti 1,785-1,87 manat arasıdır. Halbuki, Mərkəzi Bankın rəsmi məzənnəsi 1,6362 manatdır. Məlumdur ki, bankların məzənnəsi rəsmi məzənnədən maksimum 4% fərqlənə bilər, yəni 1,7016 ola bilər. Deməli, söhbət banklardan deyil, qara bazardan gedir və belə çıxır ki, qara bazar özünü o qədər rahat hiss edir ki, hətta reklam da etdirir (telefon nömrəsi də var: 0124041389)? Hər bir halda hüquq-mühafizə orqanları bu məsələ ilə maraqlansa, yaxşı olar”.
Gununsesi.info