Dünya liderləri NATO zirvəsində futbol matçını izlədilər - VİDEO

  • By admin
  • 13 İyul 2018 10:22

Dünya çempionatının yarımfinal mərhələsində keçirilən İngiltərə – Xorvatiya matçı Brüsseldə təşkil olunan NATO zirvəsində iştirak edən dünya liderlərinin də diqqətindən yayınmayıb.

Sözügedən qarşılaşmanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İngiltərənin baş naziri Tereza Mey, Almaniya Kansleri Angela Merkel birgə izləyiblər.

Xorvatların 2:1 hesablı qələbəsindən sonra liderlər Tereza Meyi təsəlli ediblər.

Qeyd edək ki, Xorvatiya finalda Fransa millisi ilə qarşılaşacaq.