Venesuelada zəlzələdən sonra 50 mindən çox insan itkin düşüb

Venesuelada zəlzələdən sonra 50 mindən çox insan itkin düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Baş katibinin müavini Tom Fletçer bildirib.

“Bu, olduqca mürəkkəb bir xilasetmə əməliyyatıdır. 50 mindən çox insan itkin düşüb, 500-dən çox insan isə ölüb, ona görə də dağıntıları təmizləmək böyük bir işdir”, – deyə BMT rəsmisi qeyd edib.

24 iyunda Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Zəlzələdən sonra 214 afterşok qeydə alınıb. Son məlumatlara görə, Venesuelada 589 nəfər ölüb , təxminən 3000 nəfər yaralanıb.

Gununsesi.info