Dünya şöhrətli müğənni vəfat etdi 

  • By admin
  • 13 Noyabr 2016 21:20

d

 

Dünyanın ən məşhur rok-n-rol və buqi-vuqi ustalarından biri olan Leon Rassell bazar günü 74 yaşında Amerikanın Tenessi ştatının paytaxtı Neşvill şəhərində dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə Londonun “The Independent” qəzeti məlumat yayıb.

“Onun həyat yoldaşı bildirdi ki, ifaçı yuxuda ikən həyatdan köçüb”, – deyə nəşr musiqiçinin şəxsi saytında yerləşdirilmiş məlumata istinadən yazıb.

Rassell tanınmış bəstəkar, müğənni və pianoçu idi. Ona “A Song for You” sinqlı (1971) və “Carney” (1972) albomu dünya şöhrəti gətirib.

Gununsesi.info