Elxan Şahinoğlu: “Şeyxin idarəsi yüksək intellekt hazırlayan məktəblər yarada bilmir”

  • By admin
  • 11 Avqust 2016 16:15

elxan

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ankarada 9-cu Avrasiya İslam Şurası Məşvərət Toplantısında deyib ki, FETÖ-nun silah və tanklarla xalqa qarşı hərəkəti şeytanlıqdır və FETÖ ilə mübarizəmiz davam edəcək. Dəstəkləyirəm. Sadəcə, Paşazadənin istəyindən asılı olmayaraq Gülənə bağlı məktəblər və “Qafqaz” Universiteti Azərbaycanda populyar idi, bir çox ailə övladlarının məhz bu təhsil ocaqlarında yetişməsini arzulayırdı”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz “Facebook” statusunda yazıb.

“Digər tərəfdən Türkiyə dövlətinin nəzarətində olan Dəyanət Vəqfinin də Bakıda yüksək səviyyəli məktəbi var. Həmin məktəbdə də yüksək səviyyədə təhsil verilir və Azərbaycanın istedadlı gəncləri bu məktəbdə oxumaq üçün yarışırlar. Sual olunur: Qafqaz Müsəlmanları İdarəsi niyə yüksək intellekt hazırlayan tədris məktəb(lər)i yarada bilmir?”-deyə, o, daha sonra əlavə edib.

Gununsesi.info