Ermənistan parlamentində dava düşdü

  • By Ayshan
  • 03 Noyabr 2025 20:50

Noyabrın 3-də Ermənistan parlamentində qapalı keçirilən və təhlükəsizlik orqanları ilə bağlı məsələnin müzakirə olunduğu iclasda deputatlar arasında mübahisə olub. Sonra isə bu, fiziki qarşıdurmaya çevrilib.

Gununsesi.info xəbər verir ki, buna səbəb hakim “Mülki Müqavilə” partiyasından olan deputat Hayk Sarkisyanın qadağan edilsə də, iclasa notbuk gətirməsi olub. Paşinyanın müttəfiqləri ondan notbuku zaldan çıxarmağı tələb etsələr də, H.Sarkisyan imtina edib.

Parlamentin təhlükəsizlik xidmətinin əməkdaşlarının müdaxiləsindən sonra H.Sarkisyan iclas zalını tərk edib.