Fəzail Ağamalı dəfn edildi

Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı Ramana qəbiristanlığında dəfn edilib.

Gununsesi.info xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

***12:00

Ötən gün vəfat edən Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı ilə vida mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.