FIDE-nin Qran-pri yarışlarının ikinci mərhələsi start götürür

  • Müəllif: admin
  • 12 May 2017 08:29

fide

FIDE-nin Qran-pri yarışlarının ikinci mərhələsi mayın 12-də Moskvada, Mərkəzi Teleqrafın binasında start götürür.

Gununsesi.info xəbər verir ki, turnirdə Azərbaycanı qrossmeysterlər Şəhriyar Məmmədyarov (2772) və Teymur Rəcəbov (2710) təmsil edirlər.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan turnirdə Aleksandr Qrişşuk (2750), Yan Nepomnyaşşiy (2751), Ernesto İnarkiyev (2727), Pyotr Svidler (2755), Yevgeni Tomaşevski (2696, hamısı Rusiya), Xou İfan (2652, Çin), Maksim Vaşye-Laqrav (2795, Fransa), Hikaru Nakamura (2786, ABŞ), Aniş Giri (2785, Hollandiya), Pentala Harikrişna (2750, Hindistan), Maykl Adams (2747, İngiltərə), Boris Gelfand (2724, İsrail), Fransisko Valyexo (2710, İspaniya), Yon-Lüdviq Hammer (2621, Norveç) və Saleh Salem (2633, BƏƏ) iştirak edəcəklər.

Oyun günləri: 12-17 və 19-21 may, istirahət günü – 18 may.

Gununsesi.info