Fransanın 34 bölgəsində yanacaq qıtlıqlığı yaranıb

Fransada pensiya islahatına qarşı çıxan bir çox sektorlarda olduğu kimi, neft emalı zavodu işçilərinin tətili səbəbindən ölkədəki yanacaqdoldurma məntəqələrinin 13,1%-nə xidmət göstərilə bilmir. Ölkə mətbuatında yer alan xəbərə görə, Fransada 34 bölgədə yanacaq qıtlığı yaşanılır.

Gununsesi.info Fransa mediasına istinadən xəbər verir ki, Neft emalı zavodunun işçilərinin tətili nəticəsində yaranan yanacaq qıtlığı səbəbindən stansiyanın girişlərində uzun növbələr yaranmağa başlayıb. Ölkədəki yanacaqdoldurma məntəqələrinin üçdə birinə sahib olan TotalEnergies benzin və dizel qıtlığını aradan qaldırmağa çalışsa da tətillərin uzanması səbəbindən yanacaq qıtlığının daha da artacağı gözlənilir.

Sabah ölkədə pensiya islahatına qarşı kütləvi tətil və nümayişlərin doqquzuncusu keçiriləcək. Nümayişlərə milyonlarla insanın qatılacağı gözlənilir. Tətillər və etirazlar səbəbindən nəqliyyat və enerji də daxil olmaqla bir çox sektorda ciddi fasilələr gözlənilir.

Fransanın baş naziri Elisabeth Borne martın 16-da mübahisəli pensiya islahatını parlamentdə səsvermə olmadan, qanun layihəsinin  konstitusiya bəndini qüvvəyə mindiyini açıqladıqdan sonra ölkədə etirazlar və nümayişlər təşkil edilərək, həmkarlar ittifaqları bir çox sektorlarda tətilləri davam etdirmək qərarına gəliblər.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info