Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya

Azərbaycan hakimiyyəti tərəfindən dörd erməniəsilli şəxsin Ermənistana təhvil verilməsini alqışlayırıq.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“2026-cı il yanvarın 14-də baş tutan bu təhvil-təslim 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində formalaşan dinamikanın konkret nəticəsidir.

Sülh müqaviləsinin imzalanması və ratifikasiyası bu prosesi tamamlamağa imkan verəcək”, – bəyanatda vurğulanıb.

Gununsesi.info