
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Malatya şəhərində qəribə hadisə baş verib. Gəlin toy gününün səhəri bütün qızılları oğurlayaraq aradan çıxıb.
Malatyalı Basri adlı kişi aprelin 17-sində Şanlıurfada yaşayan və dörd uşaq anası olan bir qadınla dini nikaha girib. Rəsmi evlilikləri olmasa da, kişi nigaha girdiyi qadına 8 qızıl qolbaq, iki qızıl sırğa, üç qızıl üzük və qızıl saat hədiyyə edib. Lakin evlilik Basri üçün çox uğursuz olub. Belə ki, qadın bütün qızılları götürərək qaçıb.
Polisə şikayət edildikdə qadının əslində başqası ilə rəsmi evli olduğu və həyat yoldaşının axtarışa verildiyi məlum olub.
Gununsesi.info