“Gəncə İşi” üzrə həbs edilənlər də əfvə düşdü - SİYAHI

  • By admin
  • 27 May 2022 21:49

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bir sıra siyasi məhbuslar azadlığa buraxılıb.

Gununsesi.info-nun xəbərinə görə, onlar arasında “Gəncə İşi” işi üzrə həbs edilənlər də var.

İcra başçısı Elmar Vəliyevə sui-qəsd cinayətindən sonra şəhərdə baş verən hadisələrə görə azadlıqdan məhrum edilənlər arasında  Vüqar Allahverdiyev, Seymur Əliyev, Tural Bayramov, Nizami Əkbərov, Maarif Hacıyev, Ruslan Həsənov, Yavər İsmayılzadə, Kamal Məhərrəmov, Kamal Quliyev, Elman Rüstəmov, Əli Rzayev, Şahlar Rzayev, Qənbər Qarazadə, Zabil Məmmədov, Raul Süleymanov, Toğrul Verdiyev, Asif Cavadov, Orxan Yağnəliyev və Vaqif Əşrəfovun adı var.

 

Gununsesi.info