Geylərin toyu “Qızıl Qaya”da olmayıb -REAKSİYA

  • By admin
  • 26 İyul 2016 12:49

gey-bey-gelin-Bakida-toy_1

“”Gununsesi.info” portalında “PostNews” saytına istinadən ““Qızıl Qaya”da cinsi kişi olan “gəlin”lə yeniyetmə oğlanın toyu keçirilir– BİABIRÇILIQ” başlıqla yazı ilə əlaqədər olaraq bildiririk ki, həmin toy “Qızıl Qaya” restoranında keçirilməyib”.

Bu sözlər Gununsesi.info-nun elektron ünvanına adıçəkilən şadlıq sarayının rəhbərliyinin yolladığı məktubda əks olunub.

Xatırladaq ki, Gununsesi.info-nun PostNews.Az-a istinadən məlumatına görə, cinsi kişi olan “gəlin” yeniyetmə oğlanla “ailə qurub”. “Gəlin” öz toyunda mahnı ifa etməklə yanaşı, hər şeyi normal şəkildə qəbul edir. “Gəlin”in adı Aydındır.

Təqdim edəcəyimiz videodan göründüyü kimi, “gəlin” utanmadan-çəkinmədən valideynləri salamlayır və şəninə təriflər söyləyir.“Qızıl Qaya” şadlıq sarayında keçirilən toya dəvət olunanların əksəriyyəti geylərdi.

Qeyd edək ki, bəzi qonaqlar müşahidə etdiyi mənzərədən utandığından məclisi tərk ediblər. Onlar “gəlin”in kişi cinsindən olduğundan xəbərdar olmayıblar