Gömrükçülər avtomobildə pirotexniki vasitə və fişənglər aşkar edib

  • By admin
  • 22 Avqust 2017 10:54

548d30de-f390-40a6-816f-7e1d3acc6ee2_292

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi “VAZ-21061” markalı avtomobilə gömrük baxışı keçirilib.

Gununsesi.info DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı, həmin nəqliyyat vasitəsində 650 qutu pirotexniki vasitə və 6 ədəd fişəng aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info